Xəbər lenti

Əməkdar artistin qəbrinin üstünü götürən yoxdur (VİDEO)
Sənət07:20 04.07.2022

Əməkdar artistin qəbrinin üstünü götürən yoxdur (VİDEO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycan xalqı tərəfindən sevilən, Əməkdar artist Məcnun Hacıbəyovun qəbirinin üstü hələ də götürülməyib.

Bu barədə Qaynarinfo-ya Xalq artisti, Akademik Milli Dram Teatrının aktyoru Əli Nur məlumat verib. Aktyor bu məsələ ilə bağlı Mədəniyyət naziri Anar Kərimova müraciət edib:
"İnanıram ki, Azərbaycan mədəniyyətini dünyaya tanıtdırmaqda misilsiz xidmətləri olan Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyeva bu məsələni diqqətdə saxlayacaq. Onun qayğısı nəticəsində Məcnun Hacıbəyovun qəbirüstü abidəsi düzələcək. Hörmətli nazirimiz Anar Kəromov Azərbaycan teatr sənətinə hörmətlə yanaşır, əminəm ki, Məcnun Hacıbəyovun xidmətləri onun da diqqətindən kənarda qalmayacaq”.
Aktyor Məcnun Hacıbəyovun talantlı aktyor olduğunu bildirib:
"Allah ona gözəl aktyor istedadı, boy-buxun vermişdi. Tamaşaçılar tərəfindən sevilirdi, məclislərdə danışanda hamı ona heyran-heyran baxırdı. Çox şeylər bilirdi. Heyif ondan, möcüzəli bir aktyor idi. Ailə vəziyyəti ilə əlaqədar teatrdan uzaqlaşdı, Qubada yaşamağa üstünlük verdi. Biz də həmişə gedib ona baş çəkərdik. İnanıram ki, Azərbaycan dövləti belə bir sənətkara sahib çıxacaq, onun xidmətini nəzərə alıb aktyorun qəbrinin üstünü götürülməsinə dəstək olacaq”.
Qeyd edək ki, Əməkdar artist 2021-ci ilin noyabr ayında koronavirusdan vəfat edib.
Bahar Rüstəmli