Açıq ürək əməliyyatı keçirən Əməkdar artist, Gənc Tamaşaçılar Teatrının aktyoru Vahid Əliyev xəstəxanadan evə buraxılıb.
Bu barədə Qaynarinfo-ya aktyorun həyat yoldaşı Tamilla Əliyeva məlumat verib.
Xanımı aktyorun vəziyyətinin yaxşı olmadığını bildirib: "Hələ ciyərləri açılmayıb, gözləyirik. Ümid edirik ki, hər şey yaxşı olacaq”.
Qeyd edək ki, Əməkdar artist Vahid Əliyevin səhhəti pisləşmişdi. Həkimlər onun infarkt keçirdiyini bildirmişdi.
Bahar Rüstəmli