Xəbər lenti

Əməkdar artistin xanımları danışdı: İki arvadı ilə də münasibəti var - VİDEO
Maqazin16:39 11.03.2016

Əməkdar artistin xanımları danışdı: İki arvadı ilə də münasibəti var - VİDEO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Əməkdar artist Rəhman Rəhmanov şəxsi həyatından danışıb. “Bizimləsən” verilişində qonaq olan əməkdar artist bildirib ki, iki dəfə ailə qurub və hər iki xanımla münasibəti yaxşıdır: 
“Mən kişiyəm. Qadının öz yeri, kişinin öz yeri var. Qadın kişini eşitməlidir. Əgər eşitmirsə, deməli o kişi qadına lazım deyil. Mən iki dəfə ailə qurmuşam. Hər iki xanımımla indi də münasibətim normaldır”.
Daha sonra R.Rəhmanovun 1-ci xanımı ( Ulduz ) danışıb: “Biz bir-birimizi 17 yaşımızdan sevmişik. Yəqin, uşaqlıq sevgimiz olub. Sakit ayrılmışam. Demək olmaz ki, Rəhman bəydən ayrılandan sonra hər şey bitdi. Yox, bizim övladlarımız var idi. Bir-birimizi başa düşməli idik. Burada söhbət kişini bölüşməkdən getmir. Arada övladlarımız var”.
İkinci evliyi Gülü xanım da danışıb: “Əvvəldən bir-birimizi anlamışıq. Burada qeyri-adi nəsə yoxdur”.
Qaynar.info