Xəbər lenti

Əməkdar incəsənət xadimi vəfat etdi
Ölkə13:20 31.07.2018

Əməkdar incəsənət xadimi vəfat etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Əməkdar incəsənət xadimi, Bakı Musiqi Akademiyasının magistr şöbəsinin dekanı, professor Şəhla Mahmudova vəfat edib.
Qaynarinfo-nun APA-ya istinadən xəbərinə görə, Ş. Mahmudova uzun sürən ağır xəstəlikdən sonra dünən gecə dünyasını dəyişib.
Qeyd edək ki, Ş.Mahmudova 1956-cı ildə Bakı şəhərində anadan olub. 1977-ci ildə SSRİ Təhsil Nazirliyinin Fəxri fərmanı, 1978-ci ildə Təhsil Nazirliyinin Fəxri fərmanı və medalına, 2008-ci ildə Əməkdar incəsənət xadimi mükafatına layiq görülmüşdü.