Əməkdar jurnalist İlyas Adıgözəlli vəfat edib.
Bu barədə İqtisadiyyat.az-a onun yaxınları məlumat verib.
Bildirilib ki, İ.Adıgözəlli 87 yaşında dünyasını dəyişib.
Qeyd edək ki, İlyas Xıdır oğlu Adıgözəlli 1938-ci ildə Gürcüstanın Borçalı (Marneuli) rayonunun Sadaxlı kəndində anadan olub. 1957-ci ildə Sadaxlı kənd orta məktəbini bitirib. Ali təhsilini isə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) filologiya fakültəsinin jurnalistika şöbəsində alıb.
1963–2007-ci illərdə Azərbaycan Dövlət Radio və Televiziya Verilişləri Komitəsində işləyib. Bu illərdə "Araz" radiostansiyasında şöbə müdiri (1964), baş redaktorun müavini (1969), baş redaktor (1990), "Araz" proqramının baş direktoru (1993–1997-ci illərdə), radioda şərhçi (1997–2007-ci illərdə) vəzifələrində çalışın.
1992-ci ildə Azərbaycan Azərbaycan Respublikasının əməkdar jurnalisti fəxri adına layiq görülüb.
2007-ci ildən təqaüdə çıxsa da Azərbaycan Televiziya və Radio Verilişləri-Qapalı Səhmdar Cəmiyyətində müqavilə üzrə proqramlar hazırlayıb.
Bakı Avrasiya Universitetində və Bakı Slavyan Universitetində jurnalistika fakültəsi tələbələrinə dərs deyib.
İ.Adıgözəlli əməkdar jurnalist Fikrət Adıgözəllinin atasıdır.
Şərhlər