Xəbər lenti

Əməliyyat olunan Əməkdar artist: “Gözlərimin nuru da səninlə getdi”
Sənət07:14 03.03.2022

Əməliyyat olunan Əməkdar artist: “Gözlərimin nuru da səninlə getdi”

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Gözlərimin nuru da səninlə getdi, ay parça-parça olan ürəyim. Dərdimi hamiya deyə bilmirəm, ağlaya bilirəm”.
Qaynarinfo xəbər verir ki, bunu Əməkdar artist, qarmon ifaçısı Gülbahar Şükürlü mərhum həyat yoldaş Zahid bəyin anım günü ilə bağlı xatirələrini bölüşərkən deyib. Sənətçi həyat yoldaşının yoxluğuna hələ də inanmadığını deyib:
"Allah məni bağışlasın, hərdən heç yoxluğunla da barışmıram, gözəl, səmimi insan. Başımın tacı, bir saniyə də yadımızdan çıxmırsan. Sən gözəl ata, qayınata, qardaş və gözəl həyat yoldaşım idin. Allah səni məni əlimdən aldı. Demişdin ki, bizi ancaq ölüm ayıra bilər. Onsuz da həmişə sən deyənlər olur, əvvəl də, indi də. Sən məndən uzaqlaşdıqca mən hər gün sənə yaxınlaşıram”.
Gülbahar Şükürlü ən böyük arzusunun həyat yoldaşı ilə görüşməsi olduğunu qeyd edib.
Qeyd edək ki, Əməkdar artist Gülbahar Şükürlünün həyat yoldaşı 2018-ci ildə dünyasını dəyişib. Gülbahar Şükürlü bir neçə gün öncə gözündən əməliyyat olunub. 
Bahar