Əməliyyatdan sonra iflic olan aktyor Möylə Mirzəliyev Yeni Klinikaya köçürülüb.
Bu barədə Qaynarinfo-ya aktyorun ailəsindən bildiriblər.
Yaxınlarının sözlərinə görə, Möylə Mirzəliyevin səhhətində hər hansı bir dəyişiklik yoxdur.
Xatırladaq ki, Akademik Musiqili Teatrın aktyoru Möylə Mirzəliyevin səhhətində problemlər yaranıb. Aktyor fevralın 14-də "EGE Hospital"da spinal stenoz (bel kanalının daralması-red.) diaqnozu ilə əməliyyat olunub. Əməliyyatdan sonra aktyor hərəkət qabiliyyətini tamamilə itirib.
Bahar Rüstəmli
Şərhlər