Xəbər lenti

Emil, Nazim və Leyla Türkiyədə konsert verəcək - FOTO
Maqazin10:42 18.05.2016

Emil, Nazim və Leyla Türkiyədə konsert verəcək - FOTO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Şou-biznesin üç tanınmış siması Emil Bədəlov, Hacı Nazim və Leyla Rəhimli bir araya gəlib.

Qaynarinfo.az xəbər verir ki, 3 məşhur birlikdə Türkiyənin İstanbul şəhərində möhtəşəm konsert proqramına hazırlaşır, hətta konsertin məşq proseslərinə də start verilib. İstanbulda konsert vermək isə fikri bəstəkar müğənni Hacı Nazimdən gəlib: 

“ “Azərbaycan-Türk iş adamları birliyi” nin dəstəyi ilə mayın 24-də dostlarımızla birlikdə konsert verəcəyik. Konsertdə həm tarixi mahnılarımız səsləndiriləcək, həm də onlar haqda ətraflı məlumatlar veriləcək.Tədbirdə Türkiyə Cumhuriyyətinin rəsmiləri və fəxri qonaqlar iştirak edəcək. Təbii ki, konsert ancaq türklər üçün deyil,ordakı azərbaycanlılar üçün də nəzərdə tutulub. Əgər çıxışımız bəyənilərsə, bu layihəni ənənə halına gətirmək niyyətindəyik”.

Qaynarinfo.az