Xəbər lenti

Emin Hüseynov harada olması müəmmalı olaraq qalır
Siyasət12:34 06.02.2015

Emin Hüseynov harada olması müəmmalı olaraq qalır

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Hazırda fəaliyyətini dayandırmış Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun (RATİ) rəhbəri Emin Hüseynovun harada olması ilə bağlı hələ də məlumat yoxdur. 

2014-cü ilin avqust ayından etibarən olduğu yer müəmmalı olan təşkilat rəhbəri haqqında rəsmi məlumata da rast gəlinmir. 

Musavat.com uzun müddətdir ki, mətbuatın gündəmindən kənarda qalan bu mövzuya təkrar qayıdaraq, E.Hüseynovun yaxınları ilə əlaqə saxlayıb.

RATİ rəhbərinin qardaşı Mehman Hüseynov bildirib ki, bu haqda heç nə danışa bilməz: “Emin Hüseynov haqqında heç bir suala cavab vermirəm. Çünki xəbərim yoxdur”. 

Emin Hüseynovun RATİ-dəki müavini, hüquqşünas Günay İsmayılova da bu haqda heç bir məlumata malik olmadığını qeyd etdi: “RATİ-nin işində hər hansı bir yenilik yoxdur, istintaq davam edir. Emin Hüseynova gəlincə isə, onunla heç bir əlaqəm yoxdur”. 

“Turan” İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyev də bu haqda məlumatsız olduğunu bildirib.

Qaynar.info