Xəbər lenti

Emin ilk dəfə Azərbaycanda turneyə çıxacaq
Maqazin12:20 16.04.2016

Emin ilk dəfə Azərbaycanda turneyə çıxacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Müğənni-bəstəkar Emin növbəti konsert turnesinə hazırlaşır. Qaynar.info axşam.az-a istinadən xəbər verir ki, turne iyunun 5-də Bakıda başlayacaq.
"Çoxdandır sizinlə görüşü gözləyirdim. Nəhayət, həmin vaxt gəldi" deyə, Emin yeni layihəsini anons edib. Bakıda sahibi olduğu "Sea Breeze" istirahət mərkəzində çıxış etdikdən sonra ifaçı Nayl Rocersin Böyük Britaniya və ABŞ-dakı festivallarında iştirak edəcək. Daha sonra isə Rusiyada "Naçistotu" adlı turneyə start verəcək.
Emin ilk dəfə Azərbaycanda turneyə çıxacağını da vurğulayıb. Bakı ilə yanaşı müğənni Gəncə, Qəbələ, Qusar, Lənkəran və Şəkidə konsert verəcək.
Qaynar.info