"Sabah ölkəmizdə tarixi gündür".
Bunu Sonxeber.az-a danışan "BİG Media" MMC-nin direktoru Emil Əkbərov deyib.
Emil Əkbərov qeyd edib ki, sabahkı seçki tarixə Zəfər seçkisi kimi həkk olunacaq:
"Bu seçkinin əhəmiyyəti bizim üçün böyükdür. Çünki uzun müddətdən sonra Xankəndimizdə və digər işğaldan azad olan rayonlarda da seçkilər keçiriləcək. Mən əminəm ki, hər kəsdən çox keçmiş məcbur köçkünlərimiz həyəcanlıdır. Çünki onlar 30 ildən sonra öz doğma yurdlarında səs verəcəklər. 44 günlük Vətən Müharibəsi və 2023-cü ilin antiterror tədbirləri nəticəsində tək ərazi bütövlüyümüz vəsuverenliyimizin bərpa olunmadı, həm də regionda yeni reallıqlar yaradıldı. Bu baxımdan düşünürəm ki, növbədənkənar seçkilər ərazi bütövlüyümüzün və suverenliyimizin təsbitidir".
Emil Əkbərov bildirib ki, dünyada bir çox ölkələrin və təşkilatların bizə qarşı başladığı çirkin kampaniyaların öhdəsindən yalnız güclü siyasi iradəsi və diplomatik qabiliyyətə malik liderlə nail ola bilərik:
"Ölkəmizin müstəqilliyini və ərazi bütövlüyünü tam şəkildə qorumaq gücünə malik tək lider cənab İlham Əliyevdir. Azərbaycan tarix boyu hər zaman torpaqlarının bir hissəsini itirmək məcburiyyətində qalıb. Yalnız Ali Baş Komandan İlham Əliyevlə biz nəyinki ərazi bütövlüyümüzü bərpa etdik, həm suverenliyimizi tam bərpa edə bildik. Əminəm ki, Ali Baş Komandan İlham Əliyevlə bizi daha böyük uğurlar və nailiyyətlər gözləyir.
Unutmaq lazım deyil ki, hələ sülv müqaviləsi imzalanmayıb. Bizi qarışıda çətin proseslər gözləyir. Bunun üçün də seçimimizi düzgün etməyil ki qarşıya qoyduğumuz hədəflərə çata bilək. Əminəm ki, biz cənab İlham Əliyevlə nəyinki sülh müqaviləsini imzalamağa nail olacağıq, hətta soydaşlarımız tarixi qərbi Azərbaycan torpaqlarına da geri qayıdacaq".