"İranın xarici işlər naziri Əmirhüseyn Abdullahian həftənin sonunda Azərbaycana səfər edəcək”.
Qaynarinfo xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətbizadə dekabrın 20-də keçirdiyi brifinqdə çıxış edərkən deyib.
Onun sözlərinə görə, səfər Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun dəvəti əsasında həyata keçiriləcək.