Dünyanın ən nüfuzlu televiziya mükafatlarından olan "Emmi"nin qalibləri müəyyənləşib.
Qaynarinfo mükafatın rəsmi saytına istinad edərək xəbər verir ki, 74-cü dəfə keçirilən mükafatlandırma mərasiminə HBO film və televiziya yayım şirkəti damğa vurub. HBO və HBO Max şirkətləri ümumilikdə 38 mükafat qazanıb.
HBO istehsalı olan "The White Lotus" ən yaxşı ssenari başda olmaqla, ümumən 10 mükafat qazanıb. Gecənin digər ən çox mükafat qazananı "Euphoria" olub. O, 6 mükafatın sahibi olub.
Dünyanın ən məşhur digər yayım platforması olan "Netflix" isə ümumilikdə 26 mükafat əldə edib.
Şirkətin istehsal etdiyi və kifayət qədər səs-küyə səbəb olan "Squid Game" 6, "Stranger Things" 5, "Arcane" isə 4 mükafata sahib olub.
"Ozark" serilanın populyar siması Julia Garner ən yaxşı köməkçi aktrisa nominasiyasında qalib olub.
Applle + yayım şirkətinin istehsalı olan "Tes Lasso" isə ikinci dəfə ən yaxşı komediya serialı üzrə müvəffəqiyyət qazanıb.