Xəbər lenti

Çempionlar Liqasının ən yaxşı futbolçuları seçildi
İdman18:26 30.05.2016

Çempionlar Liqasının ən yaxşı futbolçuları seçildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Siyahıya “Real Madrid”in 6 oyunçusu daxil olunub.

Çempionlar Liqasında 2015/2016 mövsümünün rəmzi yığması müəyyənləşib. ANS PRESS-in məlumatına görə, Mirça Luçesku, Ser Aleks Ferqyusson, Savo Miloşoviç, Tomas Şaaf və Devid Moyesin daxil olduğu UEFA-nın texniki ekspertləri geridə qalan mövsümdəki nəticələrə əsasən turnirin ən yaxşılarını seçib.

Rəmzi  komandaya Çempionlar Liqasının sonuncu çempionu “Real Madrid”in 6 oyunçusu daxil olunub. Maraqlıdır ki, “Kral Klubu”nun qapıçısı Keylor Navas siyahıya daxil ola bilməyib.

Qapıçılar: Yan Oblak (Atletico), Manuel Noyer (Bayern Munich)

Müdafiəçilər: Diyeqo Qodin (Atletico), Xuanfran (Atletico), Tiyaqo Silva (PSG), Serxio Ramos (Real Madrid), Marselo (Real Madrid)

Yarımmüdafiəçilər: Qabi (Atletico), Koke (Atletico), Andres İniesta (Barcelona), Toni Kroos (Real Madrid), Luka Modric (Real Madrid)

Hücumçular: Antuan Qrizmann (Atletico), Luis Suarez (Barcelona), Lionel Messi (Barcelona), Robert Levandovski (Bayern Munich), Kriştianu Ronaldo (Rel Madrid), Qaret Beyl (Real Madrid)

Qaynarinfo.az