Xəbər lenti

Ən çox qazanan futbolçu və məşqçilərin adları açıqlandı
İdman14:38 24.04.2018

Ən çox qazanan futbolçu və məşqçilərin adları açıqlandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
2017/18 mövsümündə dünyanın ən çox qazanan futbolçusu və məşqçisi müəyyənləşib.
Qaynarinfo Sport7.az-a istinadla xəbər verir ki, bu haqda "France Football” məlumat yayıb. Nəşrin məlumatına görə ən çox qazanan futbolçu Argentina millisinin və "Barselona"nın ulduzu Lionel Messi olub. 30 yaşlı forvardın maaş, bonus və reklam gəlirləri ümumilikdə 126 milyon avro olub.
O bu göstəricidə Portuqaliya millisinin və "Real"ın ulduzu Kriştiano Ronaldonu üstələyib. Madridlilərin superulduzu bu mövsüm ümumilikdə 94 milyon avro qazanıb. İlk "üçlüy"ü 81,5 milyon avro qazancla Braziliya millisinin və PSJ-nin hücumçusu Neymar qapayır.
Ən çox qazanan məşqçi isə Joze Mourinyodu. "Mançester Yunayted"in portuqaliyalı çalışdırıcısı 26 milyon avro qazanc əldə edib. Çin millisinin italyalı baş məşqçisi Marçello Lippi 23, "Atletiko”nun argentinalı baş məşqçisi Dieqo Simeone 22 milyon avro gəlirlə onu izləyirlər. "Real"ın fransız çalışdırıcı Zinəddin Zidan isə 21 milyon avro qazanıb.