
Mütəxəssislər orta qiymətlə almağın mümkün olacağı və 4G gücü ilə işləyən ucuz "Android" smartfonların adlarını açıqlayıblar.
Qaynarinfo.Az lent.az-a istinadən xəbər verir ki, yaxşı cihaz xüsusiyyətlərinə görə digərlərindən 4 nüvəli güclü prosessoru, ən azı HD genişlənməyə malik ekranın keyfiyyəti, minimumu "Android 4.4" versiyalı əməliyyat sistemi və 139 dollardan artıq olmayan qiyməti ilə fərqlənir.
Ucuz smartfonlar arasında ilk yeri 137 dollar qiyməti olan "Huawei Honor 5A" smartfonu, ikinci fəxri yeri "Wileyfox Swift" smartfonu tutur. 13 meqapiksel frontal kamerasını, smartfonun 2 500 mA/saat gücə malik akkumulyatoru və "Qualcomm Snapdragon 410" çipini nəzərə almasaq, bu cihaza ilk yeri vermək mümkün olardı.
Üçüncü yerdə isə "Philips S326" smartfonu qərarlaşıb. Bu smartfon bu günlərdə pərakəndə satışa çıxıb. Liderlərindən onu fərqləndirən isə daha aşağı qiymətli - 115 dollara olmasıdır. Ancaq bununla belə, bu smartfon 3 000 mA/saat gücündə akkumulyatora, 1 Gb əməliyyat yaddaşına və 8 Gb daxili yaddaşa malikdir. Smartfonun kameraları isə 8 və 2 meqapiksel təşkil edir.
Bundan başqa, smartfonun İK-portu da mövcuddur ki, onu pult əvəzi də istifadə etmək də mümkündür.
Qaynarinfo.Az