Xəbər lenti

Şənbə günü temperatur 40 dərəcəyədək artacaq
Ölkə08:44 02.09.2022

Şənbə günü temperatur 40 dərəcəyədək artacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakıda və Abşeron yarımadasında sentyabrın 3-də hava yağmursuz keçəcək.
Milli Hidrometeorologiya Xidmətindən Qaynarinfo-ya verilən məlumata görə, cənub-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 20-25° isti, gündüz 33-38° isti, Bakıda gecə 23-25° isti, gündüz 35-37° isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 60-65 %, gündüz 30-35 % olacaq.
Azərbaycanın rayonlarında sabah əsasən yağmursuz olacaq. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 20-25° isti, gündüz 35-40° isti, dağlarda gecə 12-17° isti, gündüz 24-29° isti olacaq.