Xəbər lenti

Enrike İqlesias Bakıda - FOTO
Maqazin06:19 18.06.2016

Enrike İqlesias Bakıda - FOTO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

“Formula 1” oyunları ilə bağlı Bakıda konsert verəcək dünyaca məşhur müğənni Enrike İqlesias artıq Azərbaycandadır.

Axşam.az-ın məlumatına görə, ifaçının şəklini konsertin təşkilatçısı Anar Reybend paylaşıb. 

O, fotonun altına “Bakıya xoş gəldin, dostum” şərhini yazıb. İfaçının “fan” səhifəsində də Bakıdan fotosu paylaşılıb.

Qeyd edək ki, dünya ulduzu  bu gün Dənizkənarı Milli Parkda konsert verəcək.  “Latın Pop Musiqisinin Kralı” kimi tanınan ispan əsilli müğənni səhnədə özünün “Hero”, “Bailamos” və “I Like It” kimi məşhur hitlərini səsləndirəcək. 

Qaynarinfo.az