Xəbər lenti

Ər arvadını küçədə öldürdü - Gəncədə dəhşətli qətl...
Ölkə06:15 09.05.2016

Ər arvadını küçədə öldürdü - Gəncədə dəhşətli qətl...

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Mayın 8-i, axşam saat 21 radələrində Gəncə şəhər sakini, 23 yaşlı Samirə Həsənova bədənin müxtəlif nahiyələrinin coxsaylı kəsilmiş-deşilmiş yaraları diaqnozu ilə Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına gətirilib.
Qaynarinfo.az Kəpəz TV-yə (Region TV) istinadən xəbər verir ki, tibb müəssisəsindən verilən məlumata görə, həkimlərin müdaxiləsinə baxmayaraq,  xəstənin həyatını xilas etmək mümkün olmayıb. 2 azyaşlı oğlu olan Həsənovanın 31 saylı orta məktəbin yaxınlığında  keçmiş həyat yoldaşı Gəncə şəhər sakini, 28 yaşlı Rövşən Ələsgərov tərəfindən bıçaqlandığı bildirilir. Şəxs polis tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
Qaynarinfo.az