Xəbər lenti

Ərdoğan: "Azərbaycanın bölgədə rifahın artması üçün atdığı addımlar təqdir edilməlidir"
Siyasət09:16 28.11.2021

Ərdoğan: "Azərbaycanın bölgədə rifahın artması üçün atdığı addımlar təqdir edilməlidir"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Qardaş Azərbaycanın işğal altındakı torpaqlarını azad etməsi bölgədə davamlı sülh və sabitliyin qapılarını açıb".
Qaynarinfo xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Aşqabadda İƏT-in XV Zirvə toplantısında çıxışında deyib.
Ərdoğan bildirib:  "Azərbaycanın bölgədə rifahın artması üçün atdığı addımlar təqdir edilməlidir. Bu addımlar bölgədə normallaşdırma səylərini dəstəkləyəcək. Türkiyə olaraq qardaşlarımızın yanında olmağa davam edəcəyik. Təşkilat olaraq da Azərbaycanla tam həmrəylik içərisində olmağımız böyük önəm kəsb edir".