Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan azərbaycanlı aktrisa Nəsrin Cavadzadənin rol aldığı və Çanaqqala zəfərinin 100 illiyinə həsr olunmu “Son məktub” filmini izləyib.
Azvision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, prezident ötən gün axşam həyat yoldaşı ilə birlikdə filmi izləmək üçün “Panora” alış-veriş mərkəzinə gedib.
Ərdoğan və həyat yoldaşı jurnalistlərin girişinə icazə verilməyən alış-veriş mərkəzinə VİP qapıdan daxil olub.
Qaynar.info