"Türkiyə Azərbaycanın işğal edilmiş torpaqlarının azad edilməsinin tərəfdarıdır".
ANS PRESS-in məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkə parlamentinin payız sessiyasının açılışında çıxış edərkən deyib.
Onun sözlərinə əsasən, Türkiyə təcavüzün kimə yönəlməsindən asılı olmayaraq, regionda həmişə istənilən təcavüzə qarşıdır:
"Kimdən gəlirsə gəlsin, kimə yönəlirsə yönəlsin, hər cür təcavüzə qarşıyıq. Kipr məsələsində, Azərbaycan torpaqlarındakı işğalın sona çatdırılmasını, Ermənistanla əlaqələrdə və 1915-ci il hadisələri ilə bağlı tamamilə obyektiv və sülh mövqeyindən çıxış edirik", deyə Ərdoğan bildirib Qaynar.info