Dağlıq Qarabağda yaşanan gərginlik dünya gündəminin ən əsas mövzularından birinə çevrilib.
AZXEBER.COM-un məlumatına görə, ABŞ-da rəsmi səfərdə olan və burada məscidin açılışında iştirak edən Türkiyə prezidenti Recep Tayyib Erdoğan cəbhədə baş verən hadisələrdən danışıb: "Az öncə mənə məlumat verildi ki, Azərbaycan - Ermənistan arasında cəbhədə gərgin anlar yaşanır, hər iki tərəf xeyli itki verib"
Erdoğan ona bu haqda sual verən azərbaycanlı jurnalistdən də danışıb: "Bu məsələylə bağlı az öncə bir azərbaycanlı jurnalist mənim qarşımı kəsdi və sual verdi. Mən onun gözlərindəki kədəri, gözyaşını gördüm. Görəsən, bizim media da nə vaxtsa belə olacaqmi?