Xəbər lenti

Ərdoğan diktatordumu?!
Siyasət07:16 26.03.2014

Ərdoğan diktatordumu?!

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycanda aktiv siyasi proses olmadığı üçün ölkə əhalisi hakimiyyəti tənqid edə bilmir. 

Bununla yanaşı hətta mövcud durumu açıq şəkildə şikayət edə bilməmək qorxu psixologiyası içərisindədir. Buna görə də daxilində olan bu enerjini müxtəlif yollarla çölə vurmaqdadır.

Son zamanlar biz media vasitələrimizdə Türkiyə siyasətinin daha yaxından izləndiyini görürük. Bu zaman, bilərəkdən və ya bilmədən Türkiyə hakim partiyasını, xüsusilə də Ərdoğanı tənqid, hətta təhqir edirlər. Yayılan xəbərlərdə kifayət qədər “ Ərdoğan və Diktatura” rəsimlərin  və yazıların oxuya bilirik.

Diktator o adamlara deyilir ki, o dövlətin qanunlarının fövqündə dayanır və məhdudiyyətsiz hakimiyyətə sahib olur. İndi düşünək Ərdoğan həqiqətənmi dövlət qanunlarının fövqündə dayanır?

1. Diktatorun seçim üçün hazırladığı reklam çarxı Seçki Mərkəzi tərəfindən qadağan oluna bilərmi?

2. Diktatorun 4 nazirini hər hansı bir dövlət polis həbs edə və ya haqqında cinayət işi qaldıra bilərmi?

3. Diktatorun hakimiyyəti dövründə  Milli Məclisdə 200-dən çox müxalif millət vəkili ola bilərmi?

4. Diktator Kütləvi İnformasiya Vasitələrində sərt tənqid  oluna bilərmi? Məsələn, diktator Halk Tv də “Müjdat Gəzən ilə Söhbət” verlişinə izin verə bilərmi?

5. Diktatoru mitinq meydanlarında on milərlə insanın qarşısında təhqir etmək olarmı?

Bu siyahını uzatmaq da mümkündür. Sadəcə son 10 gündə olan hadisələri diqqətinizə çatdırmaq istədim. 

Dostlar, dikaturanın hakim olduğu cəmiyyətdə partiyalar qərargahsız, düşünən insanlar zindanda, Parlamentdə yandaşlar, televizyalarda şou və diktatora təriflər yağdırılan verlişlə olur. Bu gün, Türkiyədə nə diktator rejim var nə də diktator. 

Sadəcə, AKP və Ərdoğanın bir idarəetmə sistemi var və biz o yöndə tənqid edə bilərik. O da hüquqi dövlət sisteminin, dini ideologiyanın hakim olacağı bir Türkiyə qurmaq istəyidir. Amma, bizdən fərqli olaraq Türkiyədə istəklər deyil, Xalq hər şey deməkdir. Əfsuslar olsun ki, Ərdoğan hələ də müxalifətindən məmnundur. Ona qalib gəlmək üçün, sağ ideyanın ağırlıq təşkil etdiyi bir Türkiyədə sağçı və ciddi, xarizmatik bir lider lazımdır. 

Görünən də odur ki, hazır ki, vəziyyətdə Ərdoğan sağ ideyasında tək liderdi və xalqın səsində ala bilir. Əgər bu diktatura idarəetməsidirsə bizə də bir Ərdoğan lazımdır. Bizim də parlamentimizin 50 %-i müxalif millət vəkilləri təmsil edər, azad media, meydanlarda sərbəst toplaşmaq və çıxış etmə imkanlarımız olardı.

Əgər Ərdoğan diktatordutsa, bəli mən bu diktaturanı dəstəkləyirəm. 

Ruslan İzzətli

D18 Hərəkatının sədri