Yanvarın 28-də Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Türkiyə Milli Təhlükəsizlik Şurasının iclası keçiriləcək.
Qaynarinfo yerli KİV-ə istinadən xəbər verir ki, iclasda Şərqi Aralıq dənizi, Türkiyə hərbçilərinin Azərbaycan, Liviya və Suriyada fəaliyyəti müzakirə ediləcək.
Türkiyə və Yunanıstan arasında danışıqlar da iclasın əsas mövzularından biri olacaq.
<iframe width="560" height="315" src="https://www.youtube.com/embed/510yK7BHmc4" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture" allowfullscreen="">