“Dağlıq Qarabağ münaqişəsinin həlli təcili addımlar tələb edir. Təmas xəttində baş verənlər vəziyyətin nə qədər kritik olduğunu, Azərbaycanla Ermənistan arasında yeni müharibə riskinin nə qədər artdığını göstərir”.
"Qaynar" istipress-ə istinadən xəbər verir ki, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya-Türkiyə Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının Moskvada keçirilən VI iclasında deyib.
R. T. Ərdoğan münaqişənin həlli üzrə hərtərəfli müzakirələrin tezliklə başlamasını zəruri hesab etdiklərini bildirib: “ATƏT-in Minsk qrupu həmsədrlərindən biri olan Rusiyanın bu münaqişənin həllində qabaqcıl rol oynaya biləcəyinə inanırıq”.
Türkiyə prezidenti Rusiya ilə hərbi əməkdaşlığı gücləndirmək planlarından da danışıb.
İstiPress-in “Milliyət”ə istinadən verdiyi xəbərə görə, Ərdoğan Rusiyadan MS-21 təyyarələri almağı düşündüklərini deyib.
İki ölkə başçısı “Akkuyu” Nüvə Stansiyasının tikintisini, “Türk axını”nı da müzakirə edib.
Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin arasında təkbətək görüş 1 saat 15 dəqiqə, heyətlər arasındakı görüş isə 2 saat yarım sürüb.
Qaynar.Az