Xəbər lenti

Ərdoğan sabah Bakıya gələcək - Rəsmi məlumat
Siyasət12:27 14.03.2016

Ərdoğan sabah Bakıya gələcək - Rəsmi məlumat

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan sabah Azərbaycana rəsmi səfər edəcək.

Bu barədə azvision.az-a Türkiyənin Bakıdakı səfirliyindən məlumat verilib.

Bildirilib ki, R.T.Ərdoğanın martın 15-ə planlaşdırılan səfəri təxirə salınmayacaq və səfər baş tutacaq.

Bakı səfəri zamanı Ərdoğanın prezident İlham Əliyev və digər rəsmilərlə görüşü planlaşdırılır.

Qeyd edək ki, dünən Ankaranın "Kızılay" meydanında törədilən terror hadisəsi zamanı 37 nəfər həlak olub, 125 nəfər yaralanıb.

Xatırladaq ki, R.T.Ərdoğan Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclasında iştirak etmək üçün Azərbaycana fevralın 17-də gəlməli idi. Lakin həmin vaxt da Ankarada terror hadisəsi törədilmiş, nəticədə səfər təxirə salınmışdı.

Qaynar.info