Xəbər lenti

Ərdoğan və Putin Azərbaycan-Ermənistan sərhədində baş verənləri müzakirə ediblər
Siyasət18:49 27.07.2020

Ərdoğan və Putin Azərbaycan-Ermənistan sərhədində baş verənləri müzakirə ediblər

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə telefonla danışıb.
"Haber Global” xəbər verir ki, telefon danışığı zamanı ölkə başçıları Türkiyə - Rusiya əlaqələrini möhkəmləndirəcək addımları dəyərləndiriblər.
Həmçinin Azərbaycan – Ermənistan sərhədində baş verən hadisələr, eyni zamanda Suriya və Liviya başda olmaqla, bölgədəki hadisələr müzakirə edilib.
R.T. Ərdoğan və V. Putin iki dövlət arasındakı əlaqələr və bölgədəki hadisələr haqqında iş birliyi və dialoqun davam etdirilməsi məsələsində həmfikir olublar.