Xəbər lenti

Ərdoğan: Xocalıdakı qardaşlarımız yandırılaraq qətlə yetirildi
Siyasət16:11 25.02.2015

Ərdoğan: Xocalıdakı qardaşlarımız yandırılaraq qətlə yetirildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Xocalı faciəsi ilə bağlı başsağlığı verib. 
Oxu.Az "TRT Haber"-ə istinadən xəbər verir ki, prezident başsağlığında bildirib ki, 1992-ci ildə Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində Xocalı şəhərindəki qardaşlarımız yandırılaraq qətlə yetirildi.
R.T.Ərdoğan qeyd edib: "Şəhidlərimizin əziz xatirəsini yad edir, Allahdan onlara rəhmət diləyir, Azərbaycan xalqına başsağlığı veririk. Allah azərbaycanlı qardaşlarımıza bir daha belə zülm yaşatmasın".
Qaynar.info