"Azərbaycanın problemləri mövcuddur, bu həll olunmalıdır".
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistanın Azərbaycan torpaqlarının işğalını davam etdirməsinə son qoyulmasını tələb edib.
"Qaynar" istipress-ə istinadən xəbər verir ki, Türkiyə Prezidenti bu barədə İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) İslamabadda keçirilən 13-cü sammitində bəyan edib.
Ərdoğan bildirib ki, İƏT-in sammitində hər nə qədər iqtisadi məsələlər müzakirə edilsə də, siyasətdən də yan keçməməliyik.
“Çünki addımlarımızı atarkən siyasəti bir kənara qoymağımız mümkün deyil. Bir sıra ölkələrimizin problemləri var. Əfqanıstanın, Azərbaycanın problemləri mövcuddur. Dağlıq Qarabağ münaqişəsi 20 ildən çoxdur ki, davam edir və konfliktin həlli ilə bağlı danışıqlar heç bir nəticə vermir. Bütün beynəlxalq platformalarda Ermənistanın işğalçılıq siyasəti məsələsini qaldırmalıyıq”, - deyə Ərdoğan bəyan edib.
Azərbaycan Prezidenti İlham Əliyev də İƏT-in 13-cü Sammitində iştirak edir. Sammit Qurani-Kərimdən ayənin oxunması ilə başlayıb. Prezident İlham Əliyev Sammitdə çıxış edib.
Qaynar.Az