Xəbər lenti

Ərdoğanın bayraqlı klipinin müəllifi Azərbaycanda yaşayır - FOTOLAR
Ölkə10:19 26.03.2014

Ərdoğanın bayraqlı klipinin müəllifi Azərbaycanda yaşayır - FOTOLAR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Taylan Doğan eyni zamanda Büyükfırat Qrupun marka məsləhətçisidir

Son günlər Türkiyənin gündəmində geniş yer alan hakim Ədalət və Qalxınma Partiyasının bayraqlı reklam videosu ilə bağlı maraqlı bir nüans ortaya çıxıb. Belə ki, reklam tənqidçiləri tərəfindən son illərin ən güclü təbliğat çarxı adlandırılan bu videonun ideya müəllifi Taylan Doğan Azərbaycanda yaşayıb və hazırda da əlaqələri davam edir.

Hazırda Ərdoğanın partiyasının reklam roliklərini hazırlayan firmanın kreativ direktoru olan Taylan Doğan 2010-cu ildən etibarən Azərbaycandakı ilk türk şirkətlərindən olan Büyükfırat Qrupun marka məsləhətçisidir. 

Taylan Doğan son seçimlərdə hakim partiyanın bir sıra reklam videoları ilə yanaşı bayraqlı reklamın da ideya müəllifidir. Türkiyənin məşhur reklamçılarından olan Taylan Doğan 20 ildən çoxdur ki, PR kampaniyalarının təşkili və qurulması ilə məşğuldur. Baş nazir Rəcəb Tayyib Ərdoğanla hələ İstanbul bələdiyyəsi zamanından yaxın münasibət quran T.Doğan 2010-cu ildə Azərbaycana gələn və müxtəlif media və QHT rəhbərləri ilə görüşlər keçirən türk media heyətində yer almışdı. 

O zaman Büyükfırat Qrup ilə anlaşma imzalayan və təxminən 2 il Azərbaycanda yaşayan Taylan Doğan artıq marka danışmanı olaraq, dördüncü ildir ki, bu şirkətlə əməkdaşlıq edir. 

Büyükfırat Qrupun başqanı Hüseyn Büyükfırat bu faktı təsdiqləməklə yanaşı, bunları söylədi: “Dəyərli bir dostumuz və marka danışmanımız Taylan bəyin bu uğuru qürurvericidir.  İnanırıq ki, bu reklam videosu da xeyirlərə vəsilə olacaqdır”. 

Qaynar.info