Xəbər lenti

Ərdoğan Azərbaycanla Türkiyə arasında “Preferensial Ticarət Sazişi”nə dəyişiklik haqqında Protokol”u təsdiqlədi
Siyasət 09:41 25.05.2024

Ərdoğan Azərbaycanla Türkiyə arasında “Preferensial Ticarət Sazişi”nə dəyişiklik haqqında Protokol”u təsdiqlədi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Preferensial Ticarət Sazişi”nə dəyişiklik haqqında Protokol”u təsdiqləyib.

Qaynarinfo xəbər verir ki, bu barədə ölkə başçısı qərar imzalayıb.

Qeyd edək ki, sözügedən sənəd ötən il aprelin 29-da imzalanıb. Eyni ilin iyul ayında Azərbaycan Prezidenti İlham Əliyev sənədi təsdiqləyib. Bu ilin mayında isə yenilənmiş Preferensial Ticarət Sazişinə daxil olan məhsulların adı açıqlanıb.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->