Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla rusiyalı həmkarı Vladimir Putin arasında telefon danışığı olub.
Qaynarinfo "TRT Haber”ə istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, iki ölkənin liderləri regional məsələlər, o cümlədən Rusiya ilə Ukrayna arasında davam edən müharibəni müzakirə ediblər.
Bundan başqa, prezidentlər Suriyadakı mövcud vəziyyət, həmçinin Qara dənizdə taxıl ixracı üçün təhlükəsiz dəhlizin yaradılması barədə fikir mübadiləsi aparıblar.
R.T.Ərdoğan sabitliyin bərpası üçün təşəbbüslərini bundan sonra da davam etdirməyə hazır olduğunu V.Putinin diqqətinə çatdırıb.
16.32
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub.
Qaynarinfo "Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə Ermənistan hökumətinin Mətbuat Xidməti məlumat
yayıb.
N.Paşinyan Türkiyə Prezidentini Qurban bayramı, Ərdoğan isə Ermənistanın Baş nazirini qarşıdan gələn Vardavar bayramı münasibətilə təbrik edib.
"Liderlər iki ölkə arasında münasibətlərin nizamlanması prosesinin vacibliyini vurğulayıblar. Bunun regionda sülh və sabitliyin möhkəmlənməsinə töhfə verəcəyi qeyd edilib", - məlumatda vurğulanıb.
Tərəflər iyulun 1-də Ermənistan və Türkiyənin xüsusi nümayəndələrinin əldə etdiyi razılaşmaların yaxın gələcəkdə həyata keçiriləcəyinə ümid etdiklərini söyləyiblər.
Qeyd edək ki, bu, Ərdoğanla Paşinyan arasında telefon danışığı vasitəsilə reallaşan ilk təmasdır.