Xəbər lenti

Ərdoğan İsrail Prezidenti ilə danışdı
Siyasət17:20 19.06.2022

Ərdoğan İsrail Prezidenti ilə danışdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə İsrail Prezidenti İsaak Hersoq arasında telefon danışığı olub.
Qaynarinfo xəbər verir ki, bu haqda Türkiyə Prezident Administrasiyası məlumat yayıb.
Məlumata görə, görüş zamanı Prezident Ərdoğan və İsrail Prezidenti Hersoq iki ölkə və region arasındakı əlaqələr müzakirə edilib.
O cümlədən, prezidentlər terrorla mübarizə və təhlükəsizlik məsələlərinə dair dialoqun, sülh və sabitlik naminə əməkdaşlığın davam etdirilməsi barədə razılığa gəliblər.
İsrail lideri Türkiyənin terrorla mübarizə səylərinə görə Prezident Ərdoğana təşəkkür edib.