Siyasət 13:34 06.08.2022

Ərdoğan-Putin görüşündə Qarabağ niyə müzakirə edilməyib? - Politoloq

"İndiki halda Rusiya - Ukrayan müharibəsi dövründə bəlkə Rusiya üçün həm iqtisadi, həm siyasi baxımdan Türkiyə ilə əməkdaşlıq etmək daha çox önəm daşıyır. Türkiyə üçün də Rusiya ilə münasibətləri saxlamaq çox vacibdir”. 

Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Fərhad Məmmədov Türkiyə və Rusiya prezidentlərinin Soçidə keçirilən görüşünün nəticələrini şərh edərkən deyib. Politoloqun fikirincə, bu onların xarici siyasətində starteji balansı təmin edir:

"Bu səbəbdən belə görüşlərin keçirilməsi və əməkdaşlığın çərçivəsində yaranan problemlərin müzakirəsi çox vacidir. Məsələn, Rusiya qaz alış-verişində rublun istifadəsini daha çox etmək niyyətində idi. Bu isə hazırkı dönəmdə Türkiyə iqtisadiyyatı üçün problem yaradırdı. Bax belə olan tədirdə görüş həm iki ölkə arasında münasibətlərin müzakirəsi, həm də bir çox bölgələrdə baş verən hadisələri aydınlaşdırmaq baxımından çox vacib idi”. 

Fərhad Məmmədova görə, Türkiyə və Rusiya prezidentlərinin görüşünə baxanda orada müzakirə olunan mövzuların görüşdən öncə elan olunan mövzularla üst-üstə düşdüyü görünür:

"Əsasən mövzular ikitərəfli gündəliyi əhatə edir. Ümumi götürsək, Türkiyə-Rusiya münasibətləri rəqabətli əməkdaşlıq kimi xarakterizə olunur. Bir var üçüncü dövlətlərin ərazisində və yaxud hansısa bir regionda rəqabət və paralel olan əməkdaşlıq, bir də eyni zamanda iki ölkə arasında əməkdaşlıq. İndi bu münasibətlərin də tarixinə baxsaq, görərik ki, hər zaman Türkiyə və Rusiya qarşılıqlı olaraq hər hansı problem olanda da onun cözümü tapmağa çalışırlar”. 
 
Qarabağla bağlı məsələyə gəldikdə isə ploitoloq deyir ki, rəsmi sənədə baxdıqda bu məsələnin müzakirə edilmədiyi görünür:

"Ola bilsin, müəyyən dərcədə hanısa formada fikir mübadiləsi aparılıb. Amma Cənubi Qafqaz və Qarabağ, yəni, Azərbaycan-Ermənistan münasibətləri bu iki ölkə üçün hazırkı dönəmdə prioritet movzu deyil. Bu da bizim region-Azərbaycan üçün yaxşı xəbərdir”.

Bahar Rüstəmli