Xəbər lenti

Ərdoğan: “Putin və Zelenski ilə əlaqələri kəsmək niyyətimiz yoxdur”
Siyasət10:05 19.05.2022

Ərdoğan: “Putin və Zelenski ilə əlaqələri kəsmək niyyətimiz yoxdur”

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Həm Rusiya, həm də Ukrayna ilə balanslaşdırılmış siyasət aparırıq. Bu siyasətdə nə Rusiya Prezidenti Vladimir Putinlə, nə də Ukrayna Prezidenti Volodimir Zelenski ilə əlaqələri kəsmək niyyəti var”.
Qaynarinfo xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan söyləyib.
"Cənab Putin və Zelenski ilə telefon diplomatiyasını davam etdirirəm. Xüsusi nümayəndəmi onların yanına göndərmişdim və göndərirəm də. Çünki Üçüncü Dünya müharibəsinin alovlanmasının nə bölgəmizə, nə də dünyaya faydası var”, - dövlət başçısı bildirib.