Xəbər lenti

Ərdoğan Putinlə Azərbaycana aid müzakirə etdiyi məsələləri açıqladı
Siyasət12:44 20.07.2022

Ərdoğan Putinlə Azərbaycana aid müzakirə etdiyi məsələləri açıqladı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Cənab Putinin, deyəsən, bir gün əvvəl cənab İlham Əliyevlə müzakirəsi olmuşdu. Hətta mənə "Sizə İlham Əliyevin də salamını gətirirəm” dedi”.
Qaynarinfo xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İrandan qayıdarkən jurnalistlərə müsahibəsində deyib.
"Putin müzakirə vaxtı İlham Əliyevin müsbət istiqamətdə irəlilədiyini bildirdi. Bilirsiniz ki, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə Azərbaycan və Ermənistan liderləri üçtərəfli formatda görüş keçiriblər. Həmin görüş də cənab İlham Əliyevin ifadəsi ilə müsbət keçib",- o bildirib.