Xəbər lenti

Ərdoğan Rəisi ilə bölgədəki hadisələri müzakirə etdi
Siyasət19:37 29.06.2023

Ərdoğan Rəisi ilə bölgədəki hadisələri müzakirə etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iranlı həmkarı İbrahim Rəisi ilə telefon danışığı aparıb.
Türkiyə Prezidenti Aparatının Kommunikasiyalar İdarəsindən verilən məlumata görə, liderlər qarşılıqlı olaraq bir-birilərini Qurban bayramı münasibətilə təbrik edib, bayramın bütün bəşəriyyətə, xüsusilə İslam dünyasına sülh, əmin-amanlıq və bolluq gətirməsini arzulayıblar.
Görüş zamanı ikitərəfli münasibətlər və regional məsələlər də müzakirə edilib.
Mənbə: Haber Global