Xəbər lenti

Ərdoğan sabah Paşinyanla telefon danışığı aparacaq, xəbərdarlıq edəcək
Siyasət11:14 10.09.2023

Ərdoğan sabah Paşinyanla telefon danışığı aparacaq, xəbərdarlıq edəcək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistan Baş naziri Nikol Paşinyan ilə sabah telefon danışığı aparacaq.
APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə, o, G-20 sammiti çərçivəsində mətbuata açıqlamasında bildirib.
O qeyd edib ki, ermənilərin Qarabağda atdığı addımlar (qondarma prezident seçkiləri - red.) qəbul edilməzdir.
"Bunu Avrupa İttifaqı ölkələri də bunu qəbul etmir. Şarl Mişellə görüşümüz zamanı da onun buna mənfi yanaşdığını gördüm. Sabahki danışdığım zamanı Paşinyana xəbərdarlıq edəcəm, belə bir seçkinin qəbul edilə bilməyəcəyini nəzərə çatdıracam. İndiyədək danışırlar apardığımız dost Qərb ölkələri bu seçkiləri qəbul etmir”.