Xəbər lenti

Siyasət 14:54 03.11.2023

Ərdoğan türk dövlətlərinə vahid əlifba tətbiq etməyi təklif etdi

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bütün türk dövlətləri üçün vahid əlifbanın yaradılması təşəbbüsü ilə çıxış edib. Onun sözlərinə görə, bu, dövlətlər arasında humanitar əlaqələri gücləndirməlidir.

Qaynarinfo xəbər verir ki, bu barədə "Ulysmedia" məlumat yayıb.

"Dil bizim birliyimiz üçün çox vacibdir, ortaq əlifba da həmçinin. Prezidentlərin dəstəyi də çox önəmlidir. Ali Təhsil Şurasımız təşkilatın katibliyinə öz tövsiyələrini verib. Ümid edirik ki, bu, yüksək qiymətləndiriləcək”, deyə Ərdoğan Türk Dövlətləri Təşkilatının Astanada keçirilən 10-cu Zirvə toplantısında çıxış edərkən bildirib. 

O, vahid əlifbanın yaradılması işinə 2024-cü ildə başlamağı təklif edib. 

Türkiyə prezidentinin sözlərinə görə, bütün türk ölkələri qarşılaşdıqları problemlərlə effektiv şəkildə mübarizə aparmaq üçün birlikdə olmalıdırlar.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->