Xəbər lenti

Ərdoğan Türkiyə ilə Azərbaycan arasında imzalanan müqaviləni təsdiqlədi
Siyasət05:46 02.11.2023

Ərdoğan Türkiyə ilə Azərbaycan arasında imzalanan müqaviləni təsdiqlədi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə ilə Azərbaycan arasında heyvan sağlamlığı sahəsində yardımın edilməsinə dair müqaviləni təsdiqləyib.
Qaynarinfo xəbər verir ki, dövlət başçısı bu barədə qərar imzalayıb.
Sənədi bu il avqustun 8-də Ankarada Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov və Türkiyənin kənd təsərrüfatı və meşə nazirinin müavini Ahmet Gümen imzalayıblar.
Müqavilə iki ölkənin heyvan xəstəlikləri ilə mübarizə sahəsində əməkdaşlığını nəzərdə tutur.
Sənədə əsasən, Türkiyə Azərbaycana dabaq xəstəliyi ilə mübarizə üçün 250 min doza SAT-2 antigen tərkibli 1 valentli dabaq peyvəndini ödənişsiz verəcək.