Xəbər lenti

“Ərdoğanın Bakı səfərinin mesajı bu idi...” - Politoloq Faiq Ağamalıyev
Siyasət08:04 14.06.2023

“Ərdoğanın Bakı səfərinin mesajı bu idi...” - Politoloq Faiq Ağamalıyev

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"İki ölkə arasında hərbi sahədə əməkdaşlıq daha da genişlənəcək”.
Bunu  Qaynarinfo-ya açıqlamasında politoloq Cümşüd Nuriyev Türkiyə Prezidenti Rəcəb  Tayyib Ərdoğanın Azərbaycana olan səfərini şərh edərkən deyib. Politoloq qeyd edib ki, yenidən prezident seçildikdən sonra Ərdoğanın ilk rəsmi səfərlə Bakıya gəlib.
"Azərbaycan dövlət olaraq tanınıb, Şimali Kipr isə hələ tanınmayıb. Bu səfər ilk növbədə Türkiyənin Azərbaycanı dəstəkləməkdə davam etdiyinə işarədir. Səfər çərçivəsində Ərdoğan İlham Əliyevlə bir yerdə Ermənistan və onu dəstəkləyənlərə yenə də Azərbaycanın yanında olduqları mesajını verdi. Bu da önəmli hadisədir. İyunun 15-də Şuşa Bəyannaməsinin imzalanmasının iki ili tamam olur. Ərdoğan bəyannamədə nəzərdə tutulan bütün məsələlərin, xüsusən də hərbi sahədə əməkdaşlığın genişlənəcəyini gündəmə gətirdi. Görüş fonunda o da bəlli oldu ki, Azərbaycan Türkiyə üzərindən Avropaya qaz ötürülməsi istiqamətində fəaliyyətini daha da genişləndirəcək. Bu səfər həmçinin iki qardaş ölkə arasında ticarət dövriyyəsinin daha da artırılmasına xidmət edib. Azərbaycanla Türkiyə arasında ticarət dövriyyəsi daha da artacaq. Görüş çərçivəsində Türk Dövlətləri Təşkilatında Türkiyə ilə Azərbaycan duetinin önəmi daha çox qabardıldı. Bir sözlə, səfərin siyasi, iqtisadi, hərbi və mədəni nəticələrini məhz yuxarıda qeyd etdiyim şəkildə formalaşdırmaq olar”,- C. Nuriyev vurğulayıb.
Qeyd edək ki, iyunun 12-13-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfər edib. Səfər  çərçivəsində o, Azərbaycan Prezidenti İlham Əliyevlə  görüşüb. 
Rüfət Sultan