Xəbər lenti

Ərəstun Oruclu imza yığa bilmədi
Siyasət12:16 09.09.2013

Ərəstun Oruclu imza yığa bilmədi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Prezidentliyə namizəd, “A-13” Hərəkatının həmtəsisçisi, politoloq Ərəstun Oruclu namizədlik üçün tələb olunan 40 min imzanı yığa bilməyib.

Qaynar.info-nun məlumatına görə, bu barədə o özünün “facebook” səhifəsində yazıb. O, yazıda qeyd edib ki, seçki bu mərhələdə bitdi: "Artıq görünür ki, tələb olunan sayda dəstək imzalarını müxtəlif səbəblərdən toplaya bilmədik. Bununla yanaşı ünvanımıza yazılan, deyilən ittihamlar, böhtanlar da bitdi. Amma bu gün bu haqda yazıb şayiə yayanlara, qarayaxmalar, böhtanlar tirajlayanlara şərəf vermək istəmirəm. İlk növbədə bizə hərtərəfli dəstək olmuş insanlara ürəkdən təşəkkür edirəm! Bizə ən çətin anlarda tribuna vermiş və bu gün gərgin iş şəraitimiz üzündən müraciətlərini cavablandıra bilmədiyimiz bütün media nümayəndələrinə dərin minnətdarlığımı bildirirəm.

Sizinlə əməkdaşlığımız həmişə olduğu kimi davam edəcək. Real həyatda, virtual aləmdə hər gün məni ruhlandıran bütün dostlarım, mənimçün günlərlə təmənnasız imza toplayan silahdaşlarım və məsləkdaşlarım, nəhayət dəstək imzaları vermiş həmvətənlərim, əvəzsiz dəstəyinizə görə hamınıza "çox sağ olun!" deyir və sizlərə ən xoş arzularımı ünvanlayıram! Sizlərə görə və sizlərlə çiyin-çiyinə mübarizə aparmağa dəyər”.

Qaynar.info