Dünya 20:57 26.05.2022

“Ərini necə öldürməli” adlı essenin yazarı ərini öldürməkdə günahkar bilindi - Məhkəmə qərarı

ABŞ-ın Portlend şəhərində hakimlər "Ərini necə öldürmək olar" adlı esse müəllifi olan yazarı ilə bağlı qərar verib.

Qaynarinfo "The Guardian” saytına istinadən xəbər verir ki, 71 yaşlı Nensi Krampton Brofini 2018-ci ildə 63 yaşlı aşpaz əri Daniel Brofini öldürməkdə təqsirli bilinib. 

Məhkəmənin 12 nəfərlik münsiflər heyəti Daniel Brofinin ölümü ilə bağlı iki gün müzakirə apardıqdan sonra çərşənbə günü 71 yaşlı Nensi Krampton Brofini ikinci dərəcəli qətldə təqsirli bilib. 

63 yaşlı aşpaz Brofi 2 iyun 2018-ci ildə Portlendin cənub-qərbindəki Oreqon Kulinariya İnstitutunda işə hazırlaşarkən öldürülüb. 

Prokurorlar bildiriblər ki, "Yanlış ər” və "Yanlış sevgili” romanlarından ibarət "Səhv heç vaxt bu qədər doğru hiss etdirmədi” roman seriyası olan yazıçı 2018-ci ilin iyununda bir kulinariya institutunda ərinin ürəyinə iki güllə vurub.  Bildirilir ki, Brofini maliyyə problemləri yaşayırmış və qətlin səbəbi də bu ola bilər. 

Bununla belə, Krampton Brofini ərini öldürmək üçün heç bir səbəbinin olmadığını və maliyyə problemlərini əsasən Brofininin pensiya əmanət planının bir hissəsini nağdlaşdırmaqla həll edildiyini deyib. Onun vəkili qərardan şikayət edəcəyini bildirib. 

"Nensi Brofini ərini sevirdi. Hər dəfə onun haqqında danışanda bunu onun gözlərində görə bilərsiniz. Onun gözləri parlayır”, deyə vəkil Kristen Vaynmiller məhkəmədə deyib. 

O, ərinin qətlində istifadə edilən eyni marka və model silaha sahib olub və ərinin cənazəsinin tapıldığı kulinariya institutuna gedib-gələrkən müşahidə kameralarının görüntülərində görünüb. Polis Daniel Brofiniyə atəş açan silahı tapmayıb.

Prokuror Şaun Overstrit Nensi Kramptonun ərini öldürmək üçün plan hazırladığını göstərən çoxlu sübutlar olduğunu bildirib: 
"Məsələ təkcə puldan getmir. Söhbət Nensinin arzuladığı həyat tərzindən gedir ki, Daniel bunu ona verə bilməyib”,- prokuror deyib.

Prokurorlar iddia edirdilər ki, Krampton Brofi atışmada istifadə edilən silahın lüləsini dəyişdirib, sonra isə atıb.

Hələ də internetdə olan "Ərini necə öldürməli” bloq yazısı arzuolunmaz həyat yoldaşını öldürməyin üsullarını və motivasiyalarını müzakirə edir.

Bunlara maddi qazanc və odlu silahdan istifadə daxildir, baxmayaraq ki, müəllif qeyd edir ki, silahlar "səsli və problemlidir, müəyyən bacarıq tələb edir”. 

"Amma qətllə bağlı bildiyim odur ki, kifayət qədər küncə sıxışdırılanda bu, hər birimizin içində olur”,- müəllif essesində yazıb.

Hakim Kristofer Ramras təqsirkar müəllifin "Ərini necə öldürmək olar” adlı essesinin 2011-ci ildə dərc edildiyini qeyd edərək, onu məhkəmə prosesindən kənarlaşdırıb. 

Nurlan