Xəbər lenti

Erkin Qədirli: "Mandatdan imtina etməyəcəyəm" (VİDEO)
Siyasət10:36 10.02.2020

Erkin Qədirli: "Mandatdan imtina etməyəcəyəm" (VİDEO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Parlament seçkilərində 16 saylı Yasamal ikinci seçki dairəsindən deputatlığa namizəd və hazırda lider olan "REAL”çı Erkin Qədirli mətbuat konfransı keçirir.
Qaynarinfo-nun məlumatına görə, E.Qədirli bildirib ki, 16 saylı dairədə seçki səliqəli keçib: "Bütün məntəqələri gəzdik, seçki yaxşı keçdi, inzibati müdaxilə, karusel olmadı. Qutuya topa bülleten atılma halı olmadı”.
O iddia edib ki, 5 məntəqədə bir sıra problem çıxıb: "Protokolları vermək istəmirdilər. Cəmi 4 məntəqədə mən uduzmuşam. Seçicilərin sayı elan olunanlardan az idi.
İki məntəqədə mən cəmi 19 səslə qalib gəlmişəm, o məntəqəyə 49 seçici gəlib. Orada protokolu bizə vermək istəmirdilər. Biz udmuşuq, lakin mənə yığdığımız səsdən daha artıq yazıblar”.
Erkin Qədirli mandatdan imtina etməyəcəyini də bildirib.
<iframe src="https://www.facebook.com/plugins/video.php?href=https%3A%2F%2Fwww.facebook.com%2Frespublikaci%2Fvideos%2F2813299685412537%2F&show_text=0&width=560" width="560" height="314" style="border:none;overflow:hidden" scrolling="no" frameborder="0" allowtransparency="true" allowfullscreen="true">