Xəbər lenti

Erməni bloger: "Xunta Qarabağ ermənilərini getməyə məcbur edir"
Siyasət07:46 28.09.2023

Erməni bloger: "Xunta Qarabağ ermənilərini getməyə məcbur edir"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Artsaxın rəhbərliyi” iddialı adı altında Ermənistanın pullarını açıq-aşkar sovuran və Qarabağ əhalisini açıq şəkildə repressiya edən dəstə gizlənirdi”.
Qaynarinfo xəbər verir ki, bu barədə bloger Natali Aleksanyan öz "Facebook" səhifəsində yazıb.
"Sizdən hansınızın Qarabağ bandasının törətdiyi soyğunçuluqdan, onların İrəvanda və dünyanın digər paytaxtlarında əmlaklarından xəbəri yox idi? Görməmisiniz ki, "Artsaxın rəhbərliyi” pafoslu adı altında Ermənistanın pullarını açıq-aşkar sovuran və Qarabağ əhalisini açıq şəkildə repressiyaya məruz qoyan dəstə gizlənir. Mən özüm dəfələrlə onların soyğunçuluqlarından danışmışam, hətta fotoşəkilləri və canlı şahidləri gətirmişəm. Ümumiyyətlə, siz heç mənim yazılarımı oxuyursunuz?
Bu gün kim başa düşmür ki, Qarabağ ermənilərinin indiki vəziyyətində bir nömrəli günahkar onlardır? Ermənilərin azərbaycanlılarla mehriban ünsiyyətdə olmasını əks etdirən kadrları görmüsünüz, sonuncular niyə getdiklərini soruşduqda cavab verirlər: deyirlər, get dedilər, biz də gedirik. Və kim dedi ki, getsinlər? Bunu camaata bu dəstədən başqa kim deyə bilərdi? Dostlar, Qarabağda baş verənlər sizə aydın deyilmi?
Bəs bu açıq-aydındırsa, o zaman niyə ayılmaq üçün Babayanın etiraflarının gözləyirdiniz? Onların xalqın mühacirəti ilə bitən bir saniyə dayanmayan soyğunçuluğuna niyə dözürdünüz? Əgər azərbaycanlılar Ruben Vardanyanı tutduqları kimi Babayanı da tutsaydılar və o dediyini deməsəydi, siz Arayık və digərlərinə müraciət edərkən "cənab” prefiksini işlətməyə davam edərdinizmi?
Hörmətli camaat, başınıza daha nə qədər bədbəxtlik gətirməlidirlər ki, siz "cənab prezident” yox, quldura quldur deməyə başlayasınız? Bu gün Samvel İrəvan ofisində oturur, sabah Bakı həbsxanasında oturacaq və onda biz onun köməyi olmadan pisi yaxşıdan ayıra bilməyəcəyik?”, - Natali Aleksanyan yazır.
Alpər