Xəbər lenti

Erməni bloggerdən Paşinyana Azərbaycan dilində müraciət
Siyasət13:34 22.12.2020

Erməni bloggerdən Paşinyana Azərbaycan dilində müraciət

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Məşhur erməni jurnalist-blogger Vadim Arutyunov Ermənistan baş naziri Nikol Paşinyana Azərbaycan dilində müraciət edib.
Qaynarinfo xəbər verir ki, o, müraciəti müəllifi olduğu "Antitopor” kanalının yayımında edib:
"Çıx get! Erməni xalqını cin atına mindirmə. Get cəhənnəm ol! Bilirsən, hakim nə vaxt özünün heç kim olduğunu anlamalıdır: xalq ona hörmət etməyəndə və düşmənlər onu sevəndə”, - V.Arutyunov vurğulayıb.
Qeyd edək ki, 42 yaşlı Vadim Arutyunov Bakıda anadan olub. O, ixtisasca şərqşünasdır. Jurnalist yutubdakı "Antitopor" kanalının müəllifidir.