Xəbər lenti

Erməni deputatın bu mənada səsləndirdiyi təklif ağıllı fikirdir (ŞƏRH)
Siyasət13:03 11.02.2022

Erməni deputatın bu mənada səsləndirdiyi təklif ağıllı fikirdir (ŞƏRH)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Görünür, ermənilər tədricən ağıllanmağa başlayırlar. Həmin şəxs başa düşür ki, KTMT-yə Azərbaycan Ordusu Ermənistan sərhədini keçdiyi təqdirdə müraciət edə bilər. Ya da 7-ci maddəyə görə, Ermənistan sərhədində Azərbaycan silah satışı, qaçaqmalçılıqla məşğul olsun və bu da Ermənistanın suverenliyinə təhlükə törətsin. İrəvan bu hər iki halın olmadığını bilir və olmayacağını da başa düşür”. 
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Cümşüd Nuriyev Ermənistan parlamentinin xarici əlaqələr üzrə daimi kommisiyasının üzvü Qurgen Arsenyanın Azərbaycanla sərhəddə baş verən sərhəd toqquşmalarına görə, ölkəsinin KTMT-yə qoşun yeritmək üçün müraciət etməyəcəyi barədə səsləndirdiyi fikrə münasibət bildirərkən deyib: 
"Müharibə dövründə onsuz da İrəvan kömək üçün KTMT-yə müraciət etmişdi. Amma hətta o vaxtı belə KTMT müharibənin Azərbaycan ərazisində getdiyini əsas gətirməklə İrəvana kömək etməkdən imtina etdi. Növbəti dəfə antiterror əməliyyatı olsa, bu, yenə də Azərbaycan ərazisində baş verəcək. Çünki Azərbaycan Ermənistan ərazisində hər hansı bir əməliyyat aparmağa hazırlaşmır. Baxmayaraq ki, Qazaxın 6 və Naxçıvanın 1 kəndi anklav kimi qalır. Başa düşürlər ki, hətta gələcəkdə bu ərazilərdə əməliyyat aparsaq belə, yenə də KTMT-yə müraciət etməyə ehtiyac qalmır”. 
Həmsöhbətimizin fikrincə, Ermənistan deputatı tərəfindən səslənən fikir o deməkdir ki, İrəvan müharibənin davam etməsini istəmir: 
"Bu mənada səsləndirdiyi təklif ağıllı fikirdir. Azərbaycan da qarşıdurma olmasında maraqlı deyil”. 
Rüfət Sultan