Xəbər lenti

"Erməni diasporu Türkiyə və Azərbaycanla münasibətlərin normallaşmasına qarşıdır"
Siyasət13:52 09.10.2022

"Erməni diasporu Türkiyə və Azərbaycanla münasibətlərin normallaşmasına qarşıdır"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Fransada erməni diasporu Ermənistanın Türkiyə və Azərbaycanla münasibətləri normallaşdırması prosesinə qarşıdır.
Bu barədə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Strasburqda türk vətəndaşları ilə görüşü zamanı deyib.
Mövlud Çavuşoğlu qeyd edib ki, bu diaspor üzvləri yaxşı münasibətlərin qurulmasına qarşı çıxır, düşmənçilik tərəfdarıdırlar. Nazir Fransada yaşayan həmvətənlilərini bununla mübarizə aparmağa çağırıb.
Bundan əlavə, Mövlud Çavuşoğlu Türk-Amerika Koordinasiya Komitəsinin də erməni diasporunun Türkiyə dövləti və millətinə qarşı böhtanları ilə uğurlu mübarizə apardığını xatırladıb.//APA