Xəbər lenti

Erməni fəaldan Avropaya ittiham: “Demokratiyanın boğulmasına məhəl qoymurlar”
Siyasət10:44 22.02.2022

Erməni fəaldan Avropaya ittiham: “Demokratiyanın boğulmasına məhəl qoymurlar”

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Mənə qarşı cinayət işlərinin açılmasına baxmayaraq, mübarizəmi davam etdirirəm, bunu silahdaşlarımın da adından deyirəm”.
Qaynarinfo xəbər verir ki, bu barədə İrəvanda "Armenia Marriot” otelinin qarşısında keçirilən etiraz aksiyasında "Erməni məhkəməsi” hərəkatının üzvü Taron Manukyan bildirib. 
Manukyan əlavə edib ki, Avropa strukturları Ermənistanda demokratiya sahəsində geri çəkilib. 
"Bu binada demokratiyadan danışaraq öz siyasi karyeralarını quran Avropa ölkələrindən gələn çoxlu deputatlar var. Onlar bu gün Ermənistandakı ədalətsiz vəziyyətə, demokratiyanın boğulmasına, Ermənistanda siyasi məhbusların olmasına və yüzlərlə vətəndaşın müxtəlif siyasi baxışlara görə təqiblərə məruz qalmalarına məhəl qoymadan burda iştirak edirlər”, deyə o vurğulayıb.
İrəvan Avropa İttifaqı  Şərq Tərəfdaşlığı çərçivəsində formalaşmış Avronest Parlament Assambleyası 2 büro komissiyasının birgə iclaslarını təşkil etməyi öhdəsinə götürüb. Onun çərçivəsində həm Avropa Parlamentindən, həm də Azərbaycan da daxil olmaqla Şərq Tərəfdaşlığı ölkələrinin parlamentlərindən Avronest nümayəndələri İrəvana gəliblər. Nümayəndələr hazırda Ermənistandakı Avropa nümayəndə heyətinin "Armenia Marriott” otelində təşkil etdiyi qəbulda iştirak edirlər. 
Tədbirdə Avronest nümayəndələri, Avropa ölkələrinin Ermənistanda akkreditə olunmuş səfirləri, bir-neçə vətəndaş cəmiyyətinin nümayəndələri də iştirak edirlər. Hazırda Ermənistanda demokratiyanın fəlakətli vəziyyətdə olması və azərbaycanlı deputatların Ermənistana səfəri ilə bağlı "Armenia Marriott” otelinin qarşısında etiraz aksiyası davam edir.
Telman